Guba Agro MMC Sizə yüksək keyfiyyət standartlarına uyğun yetişdirilən meyvələrin bənzərsiz dadını bəxş etmək üçün təsis edilmişdir.
Ümumi istehsal sahələri 105 hektar (alma bağı) və 221 hektar (qoz bağı) olmaqla şirkətimiz Quba rayonun Gənclər qəsəbəsi ərazisində yerləşir.
Guba Agro MMC, ölkəmizin bağçılıq sahəsindəki çoxəsrlik təcrübəsinə əsaslanaraq bu qədim təcrübə ilə müasir texnoloji yanaşamaların sintezi əsasında dad və keyfiyyət baxımından yeni bir sənaye standartı təqdim edir. Bunun sübutu kimi Guba Agro artıq 4-cü ildir ki, davamlı olaraq alma istehsalı üzrə avropa standartlarını özündə əks etdirən Global G.A.P. sertifikatına layiq görülməkdədir.
Global G.A.P. standartı çərçivəsində bağlarımızda intensizv bağçılıq texnologiyasından istifadə edərək, biz ölkədaxili və xarici bazarlarda ən çox tələb olunan alma (Granny Smith, Golden Reinders, Galaval, Rose Glow) və qoz (Chandler) növlərini yetişdiririk. Tətbiq etdiyimiz texnologiya hər bir meyvə ağacının istisnasız olaraq lazımi miqdarda qida almasına imkan verir, nəticədə hər çeşid öz dadını və ticarət keyfiyyətini tam şəkildə ortaya qoyur.
Guba Agro MMC-nin istehsal etdiyi alma növləri bir çox ölkələrə o cümlədən Rusiyaya, Qazaxstana, Özbəkistana, Qətərə, Birlaşmiş Ərəb Əmirliklərinə, Səudiyyə Ərəbistanına ixrac edilir və artıq 2026-cı ildən etibarən Avropa bazarına ixrac üçün ilkin razilaşma rəsmi olaraq əldə edilmişdir.
Müştərilərimiz Guba Agro -nu alma sənayesi üçün etalon olaraq qəbul edəcəklər. Ekoloji təmizliyə önəm verən Guba Agro, işçiləri üçün təhlükəsiz və mükafatlandırıcı bir iş mühiti yaratmağa çalışacaq.
Maliyyə müvəffəqiyyətini artırarkən ən müasir əkinçilik təcrübələrindən istifadə edərək böyüməyə inkişaf etməyə və şaxələndirməyə davam edəcək. Guba Agro'da keyfiyyət bir nömrəli məqsədimizdir.
Müştərilərimizi ən yüksək keyfiyyətli məhsul və xidmətlərlə təmin etmək üçün işimizin bütün aspektlərində - insanlarımızda, əməliyyatlarda və proseslərdə mütləq keyfiyyəti mənimsəməyə və tətbiğ etməyə çalışırıq.
Uzun illər bağbançılıq ənənələrinin təcrübəsinə əsaslanaraq, ölkəmizin əhalisinin sağlamlığının qayğısına qalan Guba Agro-nun missiyası ətraf mühit üçün zərərsiz, ekoloji təmiz, keyfiyyətli meyvə məhsullarını mümkün qədər səmərəli istehsal etmək və satmaqdır.
İşçilərimiz ən yüksək keyfiyyətli məhsul istehsal etməyə çalışır və bununla da müştəri məmnuniyyətini maksimum dərəcədə artırır.
Təhlükəsiz və dəstəkləyici bir iş mühitində vicdanlılığı və mütərəqqi əkinçilik təcrübələrini təbliq etdirərək komanda işi ilə buna nail oluruq.